Nazir: “Ədalət mühakiməsi olmayan ölkədə vəkillik də ola bilməz"


11:03     04 Oktyabr 2019 2019/10/fikret_memmedov_1570172985.jpg

"Ədalət mühakiməsi olmayan ölkədə vəkillik də ola bilməz".


Femida.az-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Nazir qeyd edib ki, Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda müstəqil vəkillik inistitundan söhbət gedə bilməzdi.

"Vəkillik müstəqil qurum kimi yalnız Heydər Əliyevin tərəfindən formalaşdırılıb. Onun rəhbərliyi ilə həyata keçirilən hüquqi-islahatlar nəticəsində ilk olaraq vəkillik haqqında qanun qəbul edilib. Bu gün məhkəmə-hüquq sistemində əvəzsiz rolu olan vəkillik Prizedent İlham Əliyevin rəhbərliyi ilə islahatlar aparılmaqla təkmil bir struktura çevrilib".



Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2336