28 dekabr Vəkillərin Peşə Bayramı kimi qeyd olunsun - TƏKLİF


11:24     04 Oktyabr 2019 2019/10/anar-bagirovqq_1570174005.jpg

“Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib”.


Femida.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

A. Bağırov deyib ki, 2018-ci ildə aztəminatlı şəxslərlə əlaqədar 25 min iş üzrə hüquqi yardım tamamilə pulsuz həyata keçirilib: “Prezident İlham Əliyevin 2018-ci 22 fevral tarixli sərəncamı inqilabi xarakterlidir. Hazırda Gəncə, Şəki Lənkəran və Şirvan şəhərlərində regional vəkillik bürolarının istifadəyə verilməsi istiqamətində iş gedir, Vəkillər Kollegiyasının inzibati binası təmir edilir”.

A. Bağırov qeyd edib ki, vəkilliyin institusional formada təşəkkül tapmasında Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun xüsusilə əlamətdardır. A. Bağırov 28 dekabr tarixinin Vəkillərin Peşə Bayramı kimi qəbul edilməsini təklif edib.



Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1004