“Vəkillik fəaliyyətinin önündə hər bir ölkədə çoxsaylı problemlər var" - Metin Feyzioğlu


11:34     04 Oktyabr 2019 2019/10/72466407_766481380459961_6283042043103019008_n-(1)_1570175174.jpg

“Vəkillik fəaliyyətinin önündə hər bir ölkədə çoxsaylı problemlər var"



Femida.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda Türkiyə Vəkillər Birliyinin sədri Metin Feyzioğlu bildirib.

M. Feyzioğlu deyib ki, bizim vəzifəmiz bu problemləri həll etməkdir.

"Vəkilliklə bağlı təhsil məsələsi də aktualdır. Biz vəkillər davamlı olaraq müstəqillik uğrunda mübarizə aparırıq. Ədalətli mühakimə üçün davamlı mübarizə aparırıq. Digər tərəfdən, süni intellektin 15-20 ildən sonra vəkillik peşəsinə necə təsir edəcəyini də bilmirik. Buna görə də texnologiyanı da öyrənməliyik. Texnologiyanı öyrənərək mühafizə etmək məcburiyyətindəyik”.

M. Feyzioğlu qeyd edib ki, Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdir:

“Güclü dövlət olmaq güclü məhkəmə, güclü məhkəmə isə güclü vəkillik institutunun mövcudluğundan keçir”.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 524


Oxşar xəbərlər