Türkiyə Vəkillər Birliyi Dilqəm və Şahbazın hüquqlarının müdafiəsində iştirak edə bilər
12:09 04 Oktyabr 2019
Azərbaycan Vəkillər Kollegiyası və Türkiyə Vəkillər Birliyi yaxın vaxtlarda Naxçıvanda qurumların İdarə Heyətlərinin birgə toplantısını keçiriləcək.
Femida.az-ın məlumatına görə, bunu bu gün Bakıda jurnalistlərə Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu bildirib.
M. Feyzioğlu deyib ki, bu toplantıda bütün dünyaya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Azərbaycanın üzləşdiyi haqsızlıqlar bəyan ediləcək: “Azərbaycanın üzləşdiyi haqsızlıqları unutdurmadıq, unutdurmayacağıq. Çünki hazırda Azərbaycanın müqəddəs torpaqlarının bir hissəsi işğal altındadır. Təəssüf ki, dünya bu işğala qarşı səssiz qalıb. Azərbaycanın da ən önəmli hədəfi müqəddəs torpaqlarını işğaldan və zülmdən azad etməkdir. Naxçıvanda keçiriləcək toplantımızda da əsas məqsəd dünyaya bu mesajı verməkdir. Bu toplantıda vəkillərimizin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı da mühüm qərarlar veriləcək”.
Azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanmasına da toxunan M. Feyzioğlu qeyd edib ki, nə zaman müraciət edilsə, Türkiyə Vəkillər Bürosu bu məsələdə Azərbaycan Vəkillər Kollegiyasına dəstək verməyə hazırdır: “Azərbaycan Vəkillər Kollegiyası bizdən hansı formada dəstək istəyirsə, biz sizin dünyada sözünüzə sözlə, gücünüzə gücümüzlə dəstək verməyə hazırıq”.
Mircəlal Məcidli
Femida.az
Oxunub: 533
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq