"Azərbaycan vəkilliyində radikal dəyişiklik baş verib" - Yuriy Pilipenko


12:23     04 Oktyabr 2019 2019/10/yuriy_1570177817.jpg

"Bu gün Azərbaycan vəkilliyində radikal dəyişiklik baş verib".


Femida.az xəbər verir ki, bunu Rusiya Federal Vəkillər Palatasının prezidenti Yuriy Pilipenko Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

O, çıxışında Azərbaycanın son illərdə sürətlə inkişafına xüsusilə toxunub.

"Yəqin ki, Abşeron yarımadasında bir çiçəyin neçə açdığını, böyüdüyünü görmüsünüz. Bax, həmin o çiçək Azərbaycan vəkilliyidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dostluğumuz və əməkdaşlığımız yenidən başladı. Bu gün Azərbaycan vəkilliyində radikal dəyişiklik baş verib. Burada ölkə Prezidenti cənab İlham Əliyevin islahatlarını da qeyd etmək lazımdır. Təbii ki, belə bir tarixdə Heydər Əliyevi də unutmaq olmaz. Heydər Əliyev təkcə Azərbaycanın yox bütün Sovet Ittifaqı və Slavyan xalqları üçün vacib şəxsiyyətdir", - deyə cənab Yuriy Pilipenko çıxışında bildirib.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3500