Nazirdən ŞAD XƏBƏR: Pensiyalar yenidən artırılacaq
12:48 04 Oktyabr 2019

Oktyabrın sonuna qədər bütün təqaüdçülər öz pensiyalarını müvafiq artımla alacaqlar.
Femida.az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu il ərzində Azərbaycanda pensiyanın minimum məbləği 2 dəfə artıb: "İkinci mərhələ oktyabrın 1-dən qüvvəyə minərək məbləğ 200 manata çatdırılıb. Ümumilikdə minimum pensiya artımı bu il 72 faiz artımla səciyyələnib. Alıcılıq qabiliyyəti göstəricisi üzrə Azərbaycan minimum pensiya məbləğinə MDB məkanında birinci yerdədir".
S.Babayev qeyd edib ki, son artım 660 mindən çox pensiyaçını, yəni pensiyaçıların yarısından çoxunu əhatə edib: "Əlavə olaraq, əmək haqqının artması ilə əlaqədar xüsusi şərtlərlə təqaüdə çıxan 100 min vətəndaşın pensiyası da sentyabrın ayının sonundan etibarən artmağa başlayıb. Yəni ümumilikdə pensiya sahəsində ikinci sosial paketimiz 750 min vətəndaşı əhatə edib. Amma burada önəmli məqam pensiyaların minimum hissəsinin artırılması ilə bağlıdır".
Nazir bildirib ki, gələn il orta əmək haqqında 14-15 faiz artımın olacağı gözlənilir: "Bizim proqnozumuz 14-15 faiz ətrafındadır. İlin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Bu, o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyalar bu məbləğdə indeksləşdiriləcək. Yəni pensiya artımı yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq. Növbəti ilin əvvəlindən hər kəsin pensiyasında orta aylıq əməkhaqqının artımına uyğun olaraq, 14-15 faiz məbləğində daha bir artım olacaq".
Femida.az
Oxunub: 3614
Oxşar xəbərlər
- Beşdən çox uşağı olan qadınlara müavinət necə təyin edilir? - Hüquqi YARDIM
- Ailə başçısını itirməyə görə pensiya bu qaydalarla təyin olunur - Hüquqi yardım
- Nazirlikdən pensiya ittihamlarına CAVAB
- Gələn il Azərbaycanda orta pensiya məbləği 293 manat olacaq
- "Minimum pensiyanın artırılmasına dair işlər görüləcək"
- Əli Məsimli hökumətə pensiya ilə bağlı təkliflər verib
- Gələn ilin yanvarından Azərbaycanda pensiyalar artacaq
- DSMF: Vəfat etmiş şəxsin pensiyasını vərəsəsi ala bilər - Video
- Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı
- Bu aydan pensiyası 200 manat olanlar üçün VACİB XƏBƏR+VİDEO