İranlı vəkildən böyük jest: "Yaşasın Azərbaycan" dedi


12:49     04 Oktyabr 2019 2019/10/72047958_2470640986557540_2243704410217644032_n_1570179232.jpg

Bakıda Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda keçirilən konfransda İran Vəkillər Kollegiyası Birliyinin rəhbəri Morteza Şahbazinin çıxışı xüsusilə yadda qalıb.

Femida.az xəbər verir ki, cənab Şahbazi çıxışına Azərbaycan dilində başlayıb. O, Azərbaycan vəkillərini təbrik edib və İranla Azərbaycan arasında münasibətlərin istiliyindən danışıb. İranlı vəkil çıxışının sonunda "Yaşasın Azərbaycan" cümləsi ilə sona yetirib.

Qeyd edək ki, İran tədbirdə böyük heyyətlə iştirak edir.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2570