"Ümid edirik, Azərbaycan vəkilləri heç vaxt müstəqilliklərini itirməyəcək" - Viktor Çaiçits


13:01     04 Oktyabr 2019 2019/10/71587002_392755714752639_4342946242519629824_n_1570180108.jpg

Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda Belarus Milli Məclisinin qanunvericilik və hüquq siyasəti daimi kommisiyasının sədr müavini Viktor Çaiçits də çıxış edib.

Femida.az xəbər verir ki, o, Azərbaycan Hüquq Mühafizə Orqanları rəhbərlərinin belə nüfuzlu tədbirlərdə yaxından iştirak etməsini qonşu ölələr üçün örnək olduğunu vurğulayıb.

"Bu gün bu tədbirdə Azərbaycanın hüquq mühafizə orqanları rəhbərləri iştirak etdi. Hesab edirəm ki, bunu öz ölkələrimizdə nümunə kimi göstərməliyik. Hesab edirəm ki, Dövlətlə vəkillik arasında dostluq olmalıdır. Biz ümid edirik Azərbaycan vəkilləri heç vaxt müstəqilliklərini itirməyəcək. Bir daha həmkarlarımızı təbrik edirəm", - deyə o, bildirib.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1060