Keçmiş məhkum metroda cibgirlik edib


14:05     04 Oktyabr 2019 cibgir1.jpg

Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun “Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 304