“Qarabağ Azərbaycan torpağıdır” - “Marca”
14:25 04 Oktyabr 2019

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Düdelanj”la Lüksemburqdakı oyununda üzləşdiyi erməni təxribatı xarici mətbuatın da diqqətindən kənarda qalmayıb.
İspaniyanın nüfuzlu “Marca” nəşri də baş verənlərlə bağlı xəbər hazırlayıb.
Yazıda qeyd olunur ki, siyasət yenə idmanda görünməyə başladı: "... və yenə, siyasi səbəblərə görə idman yarışı yarımçıq dayandırıldı. “Düdelanj” - “Qarabağ” matçının gedişi zamanı (azərbaycanlılar 2:0 öndə olarkən), "Artsax" bayrağını daşıyan pilotsuz təyyarə Lüksemburqdakı “Jozi Bartel” stadionunun üstündən uçdu və hakimi oyunu dayandırmağa məcbur etdi. Azərbaycan komandasının üzvləri top ilə dronu yerə endirməyə çalışdılar. Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında suverenliyi ilə bağlı münaqişəni qoruyan bir ərazidi. Sözügedən ərazi azərbaycanlıların idi, lakin artıq 30 ildən çoxdu davam edən münaqişə şəraitində Ermənistan qoşunları tərəfindən hərbi şəkildə işğal olunub".
Daha sonra bildirilir ki, "Qarabağ" Ağdam komandası olduğundan futbolçular təxribata görə etiraz etməyə başlayıb: ““Qarabağ” futbolçuları bu qarşıdurmadan sonra oynamaqdan imtina etdilər. Qarabağ əslən Azərbaycan torpağıdır. Çünki “Qarabağ” əslən Ağdam şəhərindəndi, hansı ki, hazırda yuxarıda göstərilən münaqişə səbəbindən işğal altındadı və yalnız Ermənistan tərəfindən tanınan bir respublikanın əlində qalıb. Lüksemburqun səmasındakı qalmaqal səbəbindən oyun 15 dəqiqə (əslində 20 dəqiqədən çox) sonra davam etdi. Azərbaycan klubunun kapitanı Rəşad Sadıqov dron stadionu tərk etdikdən sonra qonaq azarkeşlərə yaxınlaşaraq onları təmkinli olmağa səslədi”./ qafqazinfo
Femida.az
Oxunub: 4324
Oxşar xəbərlər
- Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı
- “Qarabağ münaqişəsi yalnız ATƏT-in prinsipləri əsasında həll oluna bilər” - Aİ-nin ali nümayəndəsi
- Azərbaycan və Ermənistan XİN başçıları arasında 4 saatlıq görüş
- Azərbaycan Bratislavada Qarabağa dair mövqeyini təqdim edib
- Məmmədyarovdan Lavrova: "Qarabağdan olan qaçqınlar normal həyatlarına qayıtmalıdırlar"
- Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər
- Qarabağda şəhid olan iki milli qəhrəmanın doğum günüdür
- Niderlandda Qarabağ həqiqətlərindən bəhs edən filmin təqdimatı oldu
- Mehriban Əliyevadan Qarabağla bağlı paylaşım
- Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb