Azərbaycanda qadınlar kişilərdən çox yaşayır - Rəsmi statistika
14:45 04 Oktyabr 2019
“Ötən il ərzində Azərbaycanda ümumi əhali arasında gözlənilən ömür uzunluğu göstəricisinin 75,8 il olduğu müəyyən olunub”.
Bunu Modern.az-a açıqlamasında Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.
“Bu göstərici kişi və qadınlarda müxtəlifdir. Belə ki, kişilər 73,3 il qadınlar isə 78,2 il ömür sürürlər”.
Qeyd edək ki, ən çox yaşayan insanlara sahib olan 20 ölkədən 14-ü Avropadadır. Asiya qitəsi həmin siyahıda birincidir. Belə ki, burada yaşayan insanlar ortalama 84 il ömür sürürlər. Yaşam müddətinin ən az olduğu ölkə isə Afrikadır. Burada bir insanın ortalama ömrü 50 ildir. Eyni zamanda, Əfqanıstanda da insanlar digər ölkələrə nisbətən çox az, 58 il yaşayırlar.
Femida.az
Oxunub: 527
Oxşar xəbərlər
- Bakıda 72 yaşlı qocanı avtomobil vurub
- Qoca Səmədov müalicə müəssisəsinə köçürülüb
- “Qoca” ləqəbli avtoritetin cinayət ortağına hökm oxunub
- Bakıda “Gelandewagen” 65 yaşlı qocanı vurub
- Binəqədidə 65 yaşlı qoca döyülüb, vəziyyəti ağırdır
- Bakıda 70 yaşlı qoca yol-nəqliyyat hadisəsində xəsarət alıb
- ABŞ-da qocalar evində atışma olub, ölənlər var
- Xətaidə 80 yaşlı qoca yol qəzasında xəsarət aldı
- “Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur
- Vaqif Dərgahlı: “Şəxsi heyət çatışmazlığından əziyyət çəkən düşmən qocaları döyüşə göndərir”