9 ayda "Azərişıq" ASC-yə 3359 sahibkar müraciət edib


16:20     04 Oktyabr 2019 azerisiq.jpg

Bu ilin doqquz ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 3359 sahibkar müraciət edib.


Femida.az-ın məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə İş və Elektron İdarəetmə departamentinin direktoru Elsəvər Rüstəmli bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə daha çoxdur.

“Eyni zamanda, 2018-ci ilin doqquz ayı ərzində 1010 sahibkar müraciəti daxil olub. Sahibkarların müraciətlərinin sayında sürətli artımın müşahidə olunması, heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 370