Səhiyyə Nazirliyi tələbələrin etirazına münasibət bildirdi


16:28     04 Oktyabr 2019 sehiyye%20naz.jpg

Səhiyyə Nazirliyi bu gün bir qrup tələbənin nazirliyin önündə keçirdiyi etiraza münasibət bildirib.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil:

"Səhiyyə Nazirliyi bu məsələnin həlli - yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir".

Femida.az

Açar sözlər:

Oxunub: 244