Bakıda qətl törədən 22 yaşlı gəncə hökm oxunub


16:46     04 Oktyabr 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az -ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, K.Səttarlı 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində baş verib. 1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham verilib.

Yeni Yasamalda qeydiyyatda olan K.Səttarlı Laçın rayonu Minkənd kənd sakinidir. O, əvvəllər də məhkum edilib.

Açar sözlər:

Oxunub: 399