Polis Balakəndə əməliyyat keçirdi


18:31     16 Noyabr 2015 44177.jpg

Balakən rayon sakinindən odlu silah götürülüb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliabad kənd sakini Elman Mirzəbəyovdan “AK-74” markalı silah, 13 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 932