Baş prokurorun müavini Ağdamda vətəndaş qəbulu keçirəcək
17:22 04 Oktyabr 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov cari il oktyabrın 11-də saat 10:00-da Ağdam rayon prokurorluğunun inzibati binasında Ağdam və Füzuli rayon sakinlərinin qəbulunu keçirəcək.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdam rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Femida.az
Oxunub: 385
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Melitopol şəhərində partlayış baş verib
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb