Rusiyada 4 terror aktının qarşısı alınıb


19:41     04 Oktyabr 2019 19_10_04_1570195922.jpg


Rusiyanın xüsusi xidmət orqanları 2019-cu ildə ölkənin böyük şəhərlərində planlaşdırılan dörd terror aktının qarşısını alıblar.


Azvision.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Terror cəhdləri Tula, Vladimir, Tambov və Voronej şəhərlərində planlaşdırılırmış. Bildirilib ki, yanvar ayından sentyabr ayına qədər terror fəaliyyətində iştirak edən 152 nəfər həbs edilib.

Patruşev Vladimir və Ryazan bölgələrində təxminən 300 təhsil müəssisəsinin qorunmadığına və terrorçular üçün asan hədəf olmasına diqqət çəkib.

Femida.az

Açar sözlər:

Oxunub: 416