Beyləqanda dərsdən çıxan 3 məktəbli qızı avtomobil vurub


17:58     04 Oktyabr 2019 mektebli%20piyada.jpg


Beyləqan rayonunda dərsdən qayıdan 3 məktəbli qızı avtomobil vurub


Hadisə rayonun 1-ci Şahsevər kəndində şagirdlərin məktəbin həyətindən çıxan vaxt baş verib.

Belə ki, rayon sakini Vüsal Həsənov idarə etdiyi “VAZ-2106” markalı, avtomobillə məktəbin yanından keçərkən 3 məktəbli qızı vurub.

Xəsarət alanlar rayonun 1-ci Şahsevər kənd sakinləri, 2005-ci il təvəllüdlü Aynur Kərimli, Rəqsanə Cəfərli və Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 534