Teymur Rəcəbov Dünya kubokunu qazandı


19:45     04 Oktyabr 2019 2019/10/Scree-1570200187_1570204061.jpg

Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya kobukunun qalibi olub.


Femida.az xəbər verir ki, həmyerlimiz Çin təmsilçisi Dinq Liren üzərində qələbə qazanıb.

Dörd tay-brek qarşılaşması heç-heçə başa çatıb. Yalnız 5-ci və 6-cı partiyalarda qrossmeysterimiz rəqibin müqavimətini qıra bilib.

Qeyd edək ki, final mərhələsində Rəcəbovla Lirenin ümumi hesabı bərabər olduğu üçün (2:2) tay-brek görüşləri keçirilib. Azərbaycan şahmatçısı İddiaçılar Turnirinə vəsiqə qazanmaqla yanaşı, Dünya kubokunun qalibi kimi 110 min dollar mükafat da qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 462