Yeni kanallar “Azerspace-1”lə yayıma başladı


20:01     04 Oktyabr 2019 AZERSPACE_2604139.jpg

Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” peyki üzərindən 3 yeni kanal yayıma başlayıb.

Femida.az xəbər verir ki, “Azərkosmos” Gürcüstanın “Mtavari Axri” və “Music Box”, Rusiyanın “ИЛЛИ ТВ” televiziya kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “Mtavari Axri”, “Music Box” və “ИЛЛИ ТВ” kanalları oktyabrdan etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanır. Sadalanan kanallar vasitəsilə gürcü və rus dillərində ictimai, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət proqramları nümayiş edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 842