Prezident Teymur Rəcəbovu təbrik etdi


21:24     04 Oktyabr 2019 prezident26.jpg

Azərbaycan Prezidenti İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu təbrik edib.


Femida.az -ın məlumatına görə, təbrikdə deyilir:

"Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 602