Beyləqanda qəza, 1 nəfər öldü


09:02     05 Oktyabr 2019 19_10_05_1570251776.jpg

Beyləqanda yol qəzası olub.

Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Beyləqan rayonunun ərazisində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.


Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 591