İraqda gərginlik son həddə çatdı: Ölü sayı 65-i keçdi (VİDEO)
09:18 05 Oktyabr 2019
“Sky News Arabia” təhlükəsizlik və səhiyyə orqanlarındakı mənbələrə istinadən bildirib ki, İraqdakı etiraz aksiyaları nəticəsində ölənlərin sayının 65 nəfərə çatıb.
Femida.az xəbər verir ki, bundan əvvəl İraq İnsan Hüquqları Müşahidə Birliyinin direktoru Mustafa Saadun “RİA Novosti”yə verdiyi açıqlamada nümayişlərdə ölənlərin sayının 50 nəfərə çatdığını, yaralıların isə 1936 nəfər olduğunu söyləyib.
Qeyd edək ki, Bağdadda etirazlar çərşənbə axşamından başlayıb. Çərşənbə gününə qədər isə bir neçə əyaləti əhatə edib. Nümayişçilər hökumətin istefasını, korrupsiyaya qarşı mübarizə, habelə yaşayış şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil və əmək bazarında problemlərin həllini tələb edirlər. Nümayişlərlə əlaqədar İranla sərhəddəki keçid məntəqələri bağlanıb.
İraq hakimiyyəti çərşənbə günündən cümə gününə qədər Bağdadda və ölkənin bir neçə əyalətində internet bağlantısını tamamilə kəsib. Cümə axşamı günü Bağdadda tətbiq olunan komendant saatı axşam saatlarında Nəcəf, Maysan, Zi-Kar, Babil və Vasit əyalətlərində də tətbiq edilib. Etirazların davam etdiyi bildirilir.
Oxunub: 1645
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"