Ermənilər atəşkəs rejimini 19 dəfə pozub
09:32 05 Oktyabr 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 340
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib, ermənilərin canlı qüvvəsi və texnikası məhv edilib - VİDEO
- Azərbaycan hərbçiləri Zod qızıl mədənindən görün nə tapdılar: Ermənilərin...
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- KİV: “Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir”
- Çavuşoğlu etiraz edən ermənilərə “Bozqurd” işarəsi ilə cavab verib
- Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Zakir Həsənov ermənilərin təxribatlarına dərhal adekvat cavabın verilməsi barədə tapşırıqlar verib