Bakıda dəhşətli qəza: Maşın piyadanın üstündən keçdi (VİDEO)


09:50     05 Oktyabr 2019 19_10_05_1570254662.jpg

Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


Femida.az APA -ya istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul Məmmədov Pünhan Valeh oğlu idarə etdiyi "90-HX-930 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobil Heydər Əliyev prospektində yüksək sürətli hərəkətdə yolda olarkən dayanmanın qadağan olunduğu hissədə anidən dayanıb.

Bu zaman avtomobildə olan Elçin adlı sərnişin düşərək yolu keçmək istəyib.

Nəticədə arxadan yüksək sürətlə gələn, Rəhimov Rəcəb Musa oğlunun idarə etdiyi 99-MH-889 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı nəqliyyat vasitəsi sərnişini vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər: #qəza_videosu  

Oxunub: 6244