Mingəçevirdə iki maşın toqquşub


10:33     05 Oktyabr 2019 1433768673_bakida-sernishin-avtobusu-yuk-mashini-ile-toqqushub.jpg

Mingəçevirdə yol qəzası baş verib.


Femida.az-ın məlumatına görə, hadisə şəhərin Gəncə şossesində qeydə alınıb. Mübariz Səttərovun idarə etdiyi “Hyundai” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “Mercedes” markalı maşınla toqquşub.

Qəza nəticəsində ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 359