Evində yıxıldı, qarnına bıçaq batdı


10:41     05 Oktyabr 2019 xestexana_875.jpg

Şəki sakini ehtiyatsızlıqdan özünü bıçaqlayıb.

Femida.az xəbər verir ki ,səhər saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq yarası ilə şəhər sakini 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubova daxil olub.

Müayinə zamanı 34 yaşlı Gülşən Yusubovaya sağ qabırğaaltının kəslimiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Məlum olub ki, G.Yusubova yaşadığı evdə yıxılıb, əlində olan bıçaq isə bədəninə batıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 455