Ofelya Sənani xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır


11:31     05 Oktyabr 2019 2019/10/ofeliya-senani_1570260961.jpg

Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.


Femida.az xəbər verir ki, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Klniki Tibbi Mərkəzə yerləşdirilib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).

Femida.az

Açar sözlər:

Oxunub: 456


Oxşar xəbərlər