Yevlax-Bərdə yolunda qəza baş verib, sürücü xəsarət alıb


12:43     05 Oktyabr 2019 1419625164_qeza-cenubnews-55.jpg

Yevlax-Bərdə yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "BMW" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 475