Gömrükdə yoxlama - Düz bağırsağında narkotik tapıldı


16:17     05 Oktyabr 2019 2019/10/IMG_B-1570263340_1570265552.jpg

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı özünü şübhəli apardığından, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. O gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılacağı zaman daxili orqanında narkotik vasitə olduğunu etiraf edib. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında yapışqanlı lentə bükülmüş 2 ədəd bükümdə ümumi çəkisi 51 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 400