Ermənistanda atışma olub, 3 nəfər ölüb, 5 nəfər yaralanıb


13:38     05 Oktyabr 2019 19_10_05_1570266549.jpg

Oktyabrın 4-də gecə saatlarında Ermənistanı Lor vilayətinin Vanadzor rayonunda silahlı insident baş verib.

Femida.az -ın “aysor.am” saytına istinadən verdiyi məlumata görə, gecə saat 23.55 radələrində şəhərin Miçurin küçəsində evlərdən birinin zirzəmisində güllə yarasından ölmüş 1989-cu il təvəllüdlü iki gəncin meyiti aşkarlanıb.

Eyni zamanda müxtəlif dərəcəli bədən xəsarəti almış 6 nəfər Vanadzor Şəhər Xəstəxanasına gətirilib. Onlardan biri - 1994-cü il təvəllüdlü gənc xəstəxanaya gətirilərkən yolda ölüb.

Aparılan istintaq çərçivəsində 1979-cu il təvəllüdlü Vanadzor sakini saxlanılıb və o, etiraf xarakterli ifadə verib. Hadisənin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Açar sözlər:

Oxunub: 407