Bakının bəzəkli qatili - Penoplast (FOTO+VİDEO)


16:30     20 May 2015 EPENOLAST.jpg

Görüntüsü gözəl olan material insan həyatı üçün çox təhlükəlidir


Dünən baş verən yanğın hadisəsinin əsasında dayanan penoplas üzlüyü cəmiyyətdə böyük narahatlığa səbəb olub.

İnsanların bu materialın nədən hazırlandığı, təhlükəli olması barədə narahatlıqları həqiqətən haqlıdır.

Femida.az bu gün penoplast materialı və onun hazırlanması haqqında araşdırma aparıb.

Penoplast nədən hazırlanır?

Penoplast iki sözün birləşməsindən yaranıb. Mənası “köpük təbəqəsi” deməkdir. Penoplast - polistrol əsasında hazırlanan bir materialdır. Polistirol — benzol və etilenin birləşməsindən əmələ gələn stirolun xətti polimeri olub, şüşəyəbənzər maddədir. Emal zamanı etilen aluminiumxloridin köməyi ilə katalizatir kimi benzola daxil edirilir. Onun istiyə davamsızlığı və nisbi kövrəkliyi çatışmayan cəhətlərindəndir. Penoplast 3 tərkibdən ibarətdir: qarışıq maddələrdən, köpükdən və tullantı neft materiallarından.Hazır penoplastı rəngləmək, kəsmək,deşmək asan olur. Bu maddədən 20-ci əsrin 50- ci illərindən istifadə olunmağa başlayıb.İlk dəfə dünyada Almaniyda 1951-ci ildə “BASF “şirkəti penoplastın istehsalı ilə məşğul olub.Qeyd olunan şirkət penoplastın daha çox qeyri-yaşayış sahələrində və kiçik həcmli tikililərdə istifadə olunduğunu məlumatlar bölməsində bildirir. Hamının başa düşəcəyi dildə desək, televizor, soyuducu alanda qoruyucu ağ baloncuqlardan ibarət olan materialla küncləri bərkidilmiş olur. Penoplast həmin materialdır.

Dünyada ilk dəfə…

Dünya tikinti tarixində ilk dəfə Azərbaycanda penoplast tikinti sektoruna gətirilib. Material həm, fasad örtükləri, həm mərtəbəarası örtüklər həm də dam örtüyü kimi istifadə olunur. Görünüş cəhətdən daş örtüyünü xatırladan tez sınan və tez alışan material, əsl daş örtüyündən çox ucuzdur. Ucuz olmaqla yanaşı, həm də quraşdırılması asan başa gəlir və vaxt itkisi az olur.



Penoplast niyə təhlükəlidir?

Penoplastın tərkibində olan maddələr yanmaya meyillidir. Onlar ani bir vaxtda çox geniş ərazini yanğınla əhatə edə bilər.Həmçinin bu tip materialların yanması zamanı zəhərli qazlar ayrılır və insan həyatı üçün çox təhlükəli hesab olunur.Penoplastın yanması zamanı tünd qara tüstü ilə müşahidə olunması onun nə dərəcədə zəhərli maddələrdən ibarət olmasının göstəricisidir.Yanğın təhlükəsindən əlavə bu material həm də, insan səhhəti üçün mənfi xüsusiyyətlərindən biri yaşayış binalarına havanın daxil olmasının qarşısını almasıdır. Penoplastı kimlər istehsal edir? Bakının bir çox bölgəsində penoplast sexləri mövcuddur. Misal üçün Ramana qəsəbəsində penoplast zavodu var. Hətta bu xidməti təşkil edən şirkətlər də var. Misal üçün "TİVİ" və "AİK" şirkətləri, “ Global Constuction” u göstərmək olar. Bu penoplastlardan ancaq Azərbaycanda yaşayış və qeyri-yaşayış binalarının təmirində istifadə edilir. Hətta "Caspian Otel", "Gənclər Mərkəzi" və bu kimi yerlərin fasad örtükləri də bu materialdandır.



Açar sözlər:

Oxunub: 5848