“Bakıda taksi fəaliyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil” - BNA rəsmisi

“Bakıda taksi fəaliyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil” - BNA rəsmisi


16:30     05 Oktyabr 2019 TAKSİ%20(1).jpg

Bu gün Bakı şəhərində təxminən 25 minə yaxın taksi fəaliyyəti ilə məşğul olan sürücü var. Onların böyük əskəriyyəti qanunsuz taksi fəaliyyəti ilə məşğul olur.



Bunu Femida.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, bu gün Bakıda taksi fəaliyyəti ilə bağlı vəziyyət ürəkaçan, qənaetbəxş deyil.

“Müəyyən sifarişli taksi xidmətlərinin sayəsində bu gün taksilərdə gediş haqqı aşağıdır. Lakin göstərilən xidmətin keyfiyyəti heç kimi qane etmir. Sürücülərin peşəkarlıq səviyyəsi və avtomobillərin texniki vəziyyəti qənaetbəxş deyil. Bu situasiyada qazanan yalnız sifarişli taksi xidmətlərinin şirkətləridir. Nə sürücü mənfəət əldə edə bilir, nə də sərnişin. Ümumilikdə, Bakı şəhərində taksi fəaliyyətinin işinin yüksəldilməsi üçün konsepsiya hazırlanır. Yaxın vaxtlarda konsepsiyanın icrasına başlanılacaq. Taksilərlə bağlı məsələ həssasdır. Burada mövcud reallıqlar nəzərə alınmalıdır. Tələblərin sərt qaydada tətbiqi əks təsirlər verə bilər”, - deyə BNA rəsmisi qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 182