“25 min iş üzrə pulsuz hüquqi yardım göstərilib” - Anar Bağırov


17:13     05 Oktyabr 2019 2018/02/anar-bagirov_1519319905.jpg

Son dövrlər Azərbaycanda vəkillik institutunun təkmilləşdirilməsi, nüfuzunun artırılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatı tam yenilənib, işlərin səmərəliliyinin artırılması məqsədilə struktur dəyişikliyi aparılıb. Belə ki, sənəd dövriyyəsi elektronlaşdırılıb, kollegiyanın qurumları olan Vəkillərin İxtisas və İntizam komissiyalarının fəaliyyəti təkmilləşdirilib, komissiyaların katiblikləri yaradılıb. Ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə, vəkil qurumlarının sayı isə 39-dan 81-dək artıb.

“Ötən müddətdə respublikanın müxtəlif bölgələrində, şəhər və rayonlarında hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə Vəkillər Kollegiyasının təşkilatçılığı ilə vəkillər tərəfindən pulsuz hüquqi xidmətlər göstərilib. 2018-2019-cu illər ərzində pro-bono (pulsuz) 25 min iş üzrə hüquqi yardım xidmətləri göstərilib. Həmçinin hüquqi yardım xidmətləri vəkillərin az olduğu regionları əhatə etməklə səyyar formada da həyata keçirilib. Bu xidmətlər 25 şəhər və rayonda keçirilməklə demək olar ki, bütün ölkəni əhatə edib”, - deyə Vəkillər Kollegiyasının sədri vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 563