Polis Milli Şuraya xəbərdarlıq etdi


18:11     05 Oktyabr 2019 bsp.jpg

Oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri – İbrahim İbrahimli, Eldəniz Quliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib.

Bu barədə Femida.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.

“Sərbəst toplaşmaq haqqında” qanununa əsasən ayrı-seçkiliyə, ədavət, zorakılıq və təhqiredici çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən davranış, eləcə də müraciətdə göstərilən ifadələrdən əlavə digər şüarların səsləndirilməsinə imkan verilməyəcəkdir.

Qeyd olunanları nəzərə alaraq, təşəbbüskarları və qanunla 50 nəfərlik piketdə iştirak etmək arzusunda olanların hüquq qaydasına əməl etmələri tövsiyə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 543