Dövlət artıq pensiya ödədiyi keçmiş hərbçidən ödənişi geri alacaq
18:56 05 Oktyabr 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyatda olan polkovnik-leytenant Nadir Tağıyevin təqaüdündən hər ay qeyri-qanuni olaraq 500 manat tutulması ilə bağlı mətbuatda yayılan şikayətini araşdırıb.
Nazirlikdən Femida.az-averilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, Nadir Fərman oğlu Tağıyev 2003-cü ildə Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxıb.
“Eyni zamanda adıçəkilən şəxsə Milli Təhlükəsizlik Nazirliyindən gələn məlumat vərəqəsinə əsasən, 12 may 2013-cü il tarixində ikinci əmək pensiyası təyin olunub, qanunun tələblərinə zidd olaraq ona ikili pensiya gedib və dövlət büdcəsindən artıq vəsait ödənilib.
Bu ikili pensiya faktı 31 mart 2016-cı il tarixində aşkarlanıb və DSX-nin sabiq əməkdaşı kimi aldığı əmək pensiyası dayandırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə uyğun olaraq, 12.05.2013-31.03.2016-cı il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilən 36649,13 manat pul vəsaiti öz razılığı ilə (ərizəsi əsasında) aylıq 300 manat olmaqla 31 iyul 2026-cı il tarixinədək tutulacaq. Həmin vəsaitin 12300 manatı artıq tutularaq geri ödənilib, qalan 24349,13 manat vəsaitin tutulması yuxarıda qeyd edilən tarixədək davam etdiriləcək” – nazirlikdən bildirilib.
Femida.az
Oxunub: 606
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib