Ədliyyə orqanlarına qəbul imtahanının tarixi açıqlandı


20:06     05 Oktyabr 2019 19_10_05_1570291382.jpg

Ədliyyə orqanlarına işə qəbulla bağlı test imtahanının keçiriləcəyi tarix məlum olub.

Ədliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, qulluğa qəbulla bağlı bu ilin avqust ayında elan edilmiş açıq müsabiqədə iştirak barədə ərizə qəbulu davam edir və oktyabr ayının 9-dək müraciət edən ilk qrup hüquqşünaslarla test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə oktyabr ayının 12-də müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.

Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 712