Bakıda gənc qızı döyüb telefonunu da əlindən aldılar


10:42     06 Oktyabr 2019 19_10_06_1570341214.jpg

Bakının Nərimanov rayonunda gənc qıza qarşı cinayət törədilib.

Femida.az APA-ya istinadla xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.


Belə ki, Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyüblər. Onlar daha sonra zərərçəkmişin mobil telefonunu da alıblar. N.Musazadə baş vermiş hadisə ilə bağlı polisə məlumat verib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 405