Dəhşətli görüntü: Fillər balasını xilas edərkən öldü (VİDEO)


09:55     06 Oktyabr 2019 19_10_06_1570341415.jpg

Tailandda fil balası qayadan Hayev Narok şəlaləsinə yıxılıb. Onun sürüsündən olan altı fil dərhal kömək etməyə can atıb.

BBC-nin verdiyi məlumata əsasən, balanı xilas etməyə çalışsalar da, nəticədə körpə ilə bərabər fillərin özləri də ölüblər.

Bədbəxt hadisənin Khauyay milli parkında baş verdiyi bildirilir.

Parkın əməkdaşları sürüdə qalan digər fillərə görə narahatdırlar, belə ki, onlara yaşamaq uğrunda mübarizə aparmaq çətin olacaq. Bundan savayı, fillər həssas heyvanlardır, onlar ölənlərin xiffətini çəkirlər.



Açar sözlər:

Oxunub: 5124