Rusiya Dövlət Dumasının sədri ABŞ-da rusiyalı deputatın dindirilməsini təxribat adlandırıb


12:05     06 Oktyabr 2019 19_10_06_1570348134.jpg

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Federal Təhqiqatlar Bürosunun rusiyalı deputat İnqa Yumaşevanı dindirməsini təxribat və beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib.

Femida.az -ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, V. Volodin deyib ki, İ. Yumaşeva Dövlət Dumasında ABŞ Konqresi ilə əlaqələr üzrə qrupun koordinatorudur, ABŞ-da beynəlxalq foruma dəvət edilib.

Deputatın ABŞ səfirliyindən viza aldığını xatırladan V. Volodin qeyd edib ki, ABŞ-da Rusiya ilə ikitərəfli münasibətləri kəskinləşdirmək istəyən qüvvələr var.

Qeyd edək ki, Fort-Ross Dialoq Forumunda iştirak etmək üçün ABŞ-a səfər edən İ. Yumaşeva Nyu-York aeroportunda saxlanıb və 1 saata qədər Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən dindirilib.

Açar sözlər:

Oxunub: 372