Türkiyə Suriya ilə sərhədə qoşunları cəlb edir


15:52     06 Oktyabr 2019 Türkiyə-Ermənistan-sərhədi.jpg

Türkiyə Suriya ilə sərhəddə yerləşən Akçakale rayonuna əlavə qoşun və hərbi texnikalar cəlb edir.

Ordu hissələrinin cəlb edilməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlama ilə əlaqədardır. Belə ki, dövlət başçısı Suriyanın şimalında əməliyyat keçirmək qərarının "bu gün ya da sabah" veriləcəyi ilə bağlı çıxış edib.

Ərdoğan qeyd edib ki, əməliyyatın məqsədi sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək və orada təhlükəsizlik zonası yaratmaqdır.

Femida.az

Açar sözlər:

Oxunub: 323