Bakıda iki avtomobil yanıb


17:13     06 Oktyabr 2019 masin%20yandi.jpg

Bakıda iki avtomobil yanıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonunda “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin salon hissəsi qismən yanıb.

Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 312