Əfqanıstan prezidenti XİN-in nümayəndəsini istefaya göndərib


17:36     06 Oktyabr 2019

Əfqanıstan prezidenti Əşrəf Qəni Xаrici İşlər Nаzirliyinin rəsmi nümayəndəsi Sabqatulla Əhmədini istefaya göndərib.

Femida.az-ın məlumatına görə, bu barədə yerli "1TV News" telekanalı bildirib.

Telekanalın məlumatına görə, Əhmadi özünün bu yaxınlardakı "yüngül xasiyyətli (yelbeyin) bəyanatları"na görə işdən çıxarılıb.

"1TV News" söhbətin Əhmədinin konkret hansı çıxışından getdiyini izah etməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 494