ABŞ-ın Türkiyədəki səfirliyi ikinci dəfə üzr istədi


19:20     06 Oktyabr 2019 abs%20bay.jpg

ABŞ-ın Türkiyədəki səfirliyi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə əlaqədar gün ərzində ikinci dəfə üzr istəyib.


Femida.az-ın məlumatına görə, üzr ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, D. Baxçalı xəstəxanaya yerləşdirildikdən sonra Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham edilən və Türkiyədən qaçmış jurnalist Ergün Babahan “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ''Türkiyə xalqları Baxçalısız bir siyasət dönəminə hazır olmalıdır”. Bu status ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsi tərəfindən bəyənilib. Səfirlik bu gün açıqlama yayaraq “Twitter” səhifəsi tərəfindən bəyənilmənin yanlışlıq olduğunu bildirib və üzr istəyib. Ancaq Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə böyük narazılıq yaradan bu addımla əlaqədar bu gün ABŞ səfirliyinin müvəkkilini çağıraraq rəsmi izahat tələb edib.

Baş verən olayı bir xəta kimi dəyərləndirən ABŞ səfirliyinin bu gün yaydığı ikinci üzr mətnində qeyd edilib ki, E. Babahanla əlaqələri yoxdur, statusunu da dəstəkləmir və qəbul etmirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 475