Vəkillər arasında futbol turniri başa çatıb
21:33 06 Oktyabr 2019
Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Vəkillər arasında birinci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri” başa çatıb.
Femida.az xəbər verir ki, turnirin qalibi Azərbaycan komandası olub. 10 ölkədən 16 futbol komandasının iştirak etdiyi turnirin qrup mərhələsinin oyunları oktyabrın 3-4-də, pley-off mərhələsinin oyunları isə 4-6-da keçirilib.
Turnirin sonuncu günü, əvvəlcə üçüncü yer uğrunda Qazaxıstan və İranın Təbriz komandaları qarşılaşıb. Görüşdə 3:2 hesabı ilə qalib gələn Qazaxıstan komandası bürünc medalı qazanıb.
Final oyununda “Azərbaycan -1” və “Azərbaycan – 2” komandaları qarşılaşıblar. Oyunda 5:1 hesabı ilə qələbə qazanan “Azərbaycan 1” komandası qızıl medala sahib olub.
Femida.az
Oxunub: 522
Oxşar xəbərlər
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər
- Vəkillər Kollegiyasının sədr müavininə ağır itki üz verib
- Vəkillər HELP Tədris Proqramı üzrə təlim kursunu başa vurdu
- Vəkillərin cərimələnməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib
- Vəkillər Kollegiyası üçün yeni bina ayrıldı
- Vəkillər Sabirabadda şəhid ailələri və qazilərə pulsuz hüquqi yardım göstərdi
- Vəkillər Kollegiyası şəhid jurnalistlərlə bağlı 230 beynəlxalq təşkilata müraciət edib
- Vəkillər Kollegiyası Bakı Dövlət Universiteti ilə əməkdaşlığa başlayır
- Vəkillər bu məhkəməyə telefonla daxil ola biləcək
- Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirildi