Balakəndə fərdi yaşayış evi yanıb


09:16     07 Oktyabr 2019 19_10_07_1570425016.jpg

Bu gecə saat 02:28-də Balakən rayonunun Qazma kəndində yanğın hadisəsi olub.

Femida.az -ın məlumatına görə, yanğın kənd sakini Cərullah Şindiyevə məxsus, ümumi sahəsi 150 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dvlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi
heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 429