62 yaşlı kişi küçədə döyüldü


09:38     07 Oktyabr 2019 dava.jpg

Bakıda ahıl kişi döyülüb.


"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

1957-ci il təvəllüdlü Süleymanov Paşa Mirzə oğlu yaşadığı ərazidə sərxoş vəziyyətdə döyülərək xəsarət alıb. O, təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

P.Süleymanov bildirib ki, o, bir neçə nəfər tərəfindən döyülüb.

Açar sözlər:

Oxunub: 408