Oğurluğa görə həbs edilən 3 uşaq anasından ürəkdağlayan sözlər : "Uşaqlarım hələ də bilmir...


12:04     07 Oktyabr 2019 19_10_07_1570435503.jpg

“İnsan yaşadığı yerdən oğurluq etməz”


ARB TV-nin “Rezonans” proqramında bu dəfə Gürcüstan vətəndaşı, məhkum Qvantsa Sulanadze həyatından danışılıb.




Qvantsa Sulanadze – Məhkum (Cəzası-9 il): “Gürcüstanda Kutaisidə yaşıyırdım. 3 azyaşlı uşağım var, yoldaşım rəhmətə gedib. Hər insanın həyatında çətinlik olur. İndi dostluq etmək kontrakt bağlamaq kimi bir şeydir. Gözləyirdik, evin yiyəsi çıxırdı, adətən saat neçədə çıxır, müşahidə edirdik ki, neçə nəfərdir. Bəzən isə içəridə kiminsə qaldığını bilmirdik, çox böyük risk alırdıq. Elə olurdu ki, ya heç nə olmurdu, ya da yaxşı olurdu. 25, 30... Ancaq qızıl götürürdük, başqa əşyalara əl vurmurduq. 3 nəfər idik, böləndə hərəyə 10, 12 min düşürdü. İnsan yaşadığı yerdən oğurluq etməz, ona görə də biz Gürcüstandan oğurluq etmirdik. Mən məcbur deyildim, elə çətin vəziyyətdə də deyildim ki, oğurluq edim. Oğurluq etməsəm də, o uşaqları böyüdə bilərdim, arxamda dağ kimi atam var idi. Onların xəbəri yox idi, mən bu işlə məşğulam. Sadəcə bir ayın içində yaxşı işləyəndə 1000-800 lari qazanırdım, amma mənim cinayət ortaqlarım bir gündə cibimə 15-20 min dollar qoydu. Eyni şeylərdən yorulmuşdum. Cinayət ortaqlarım kameraya düşmüşdülər. İnanmırdım ki, məni tutacaqlar. O an özümü hansısa kinoda rol almış bir aktrisa kimi hiss etdim. Mənə 9 il verdilər. Yanıma atam və anam gəlirdi. Anam onkoloji xəstə idi, sonuncu dəfə yanıma gəldi və sonra öldü. İki övladım əkizdir, biri qız, biri oğlan. 14 yaşları var, balacanın isə 7 yaşı var. Oğlum həbsdə olduğumu bilir, amma o biriləri bilmir. Həftədə bir dəfə telefonla danışıram. İlk vaxtlar gülürdüm, özümə də maraqlı idi. Hardasa özümə yazığım gəlirdi. Niyə? Normal həyatdan düşürsən palçığın içərisinə. Bura düşmək çox asandır, amma çıxmaq çox çətindir. Azadlığa heç 15 metr yoxdur, amma yollarını gözləyirsən”.

Açar sözlər: #video   #Həbs  

Oxunub: 734