Sabahın hava necə keçəcək? - Proqnoz


13:26     07 Oktyabr 2019 2019/10/6ad7c2c2-83bb-4642-b31e-611b531eae85_1570440450.jpg


Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 385