DİN küçədə ərin arvadını öldürdüyü qətllə bağlı məlumat yaydı


13:46     07 Oktyabr 2019 19_10_07_1570441617.jpg


Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirilib.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 485